Xətai rayonundakı mağazaya oğurluq məqsədilə girmiş şəxslər onları saxlamağa cəhd göstərən gözətçini qətlə yetirmişlər
29.06.2012İyunun 30-da saat 05.30 radələrində Xətai rayonu Gəncə prospektində naməlum şəxslər Bakı şəhər sakini Çiçək Əliyevaya məxsus mağazadan qapını sındırmaq yolu ilə ərzaq məhsulları, tütün məmulatı və danışıq kartlarını oğurlayıb qaçarkən oranın gözətçisi, Bakı şəhər sakini Əfəsliyar Ağamirzəyev onları saxlamağa cəhd göstərmişdir. Bu zaman həmin şəxslər Ə.Ağamirzəyevin baş nahiyəsinə küt alətlə vuraraq qətlə yetirmişlər.
Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.