Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi
28.06.2012İyunun 29-da saat 21.00 radələrində Kürdəmir rayonu ərazisində Bakı şəhər sakini Cavid Şıxəliyevin idarə etdiyi "BMW" markalı və Cöhranlı kənd sakini Məhiyəddin Vəlicanovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə M.Vəlicanovun sərnişinlərindən, Cöhranlı kənd sakini Savalan Vəlicanov aldığı xəsarətdən hadisə yerində ölmüş, xəsarət almış özü və oğlu Elməddin, habelə C.Şıxəliyevin sərnişini, Kürdəmir rayon sakini Şəhriyar İsmayılzadə xəstəxanaya yerləşdirilmişlər.
Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.
Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.