İyunun 9-dan evindən çıxaraq geri qayıtmamış Binəqədi rayon sakini B.Eyvazovun narkotik maddə qəbul etməsi nəticəsində ölməsi müəyyən edilmişdir
13.06.2012Binəqədi rayonunda yaşayan Bəhruz Eyvazov evdən çıxmış, geri qayıtmamışdır. Araşdırmalar zamanı iyun ayının 9-da Bəhruz Eyvazovun Yasamal rayonunda yaşayan tanışı Sultan Abdullayevin evində olarkən, onunla birgə narkotik maddə qəbul etməsi nəticəsində ölməsi və sonradan S.Abdullayev tərəfindən Pirşağı qəsəbəsindəki bağ evinə aparılması və oradakı qarajda basdırılması müəyyən edilmişdir. S.Abdullayev Yasamal RPİ 27-ci PB əməkdaşları tərəfindən saxlanılmışdır.