Avtomaşın qaçırdıqlarına görə tutulmuş Lətif Məmmədovun və Seymur Əsədovun digər cinayət əməlləri də müəyyən edilmişdir
10.06.2012Avtomaşın qaçırdıqlarına görə Binəqədi RPİ 40-ci PB əməkdaşları tərəfindən tutulmuş Lətif Məmmədovun və Seymur Əsədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların cari ilin may ayının 26-na keçən gecə Sulutəpə qəsəbə sakinləri Pərviz İsmayılova məxsus "Toyota", Alisəfa Səfərova məxsus "VAZ-2106" və Ziyafət Mikaylova məxsus "VAZ-2101" markalı avtomaşınlardan maqnitofonlarını sökərək oğurlamaları da müəyyən edilmişdir.