Gədəbəy rayonunun Zəhmət kəndi ərazisində yol-nəqliyyat hadisəsi
09.06.2012İyunun 10-da saat 19.50 radələrində Gədəbəy rayonunun Zəhmət kəndi ərazisində, kənd sakini Sənan Məmmədovun idarə etdiyi "VAZ-2106" və Gəncə şəhər sakini İsa Qasımovun idarə etdiyi "Mitsubishi" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.Məmmədov orada ölmüşdür.