Oğurluğa cəhd göstərmiş Ağcabədi rayon sakinləri Rafiq Hüseynov və Ramil Hüseynov tutulmuşlar
07.06.2012Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 8-ə keçən gecə rayon sakini Kəklik Əhmədovanın həyətdəki yardımçı təsərrüfatından 5 baş qoyun oğurlamağa cəhd göstərmiş kənd sakinləri Rafiq Hüseynov və Ramil Hüseynov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların 2011-ci ilin avqust ayından may ayınadək olan müddət ərzində, Kəklik Əhmədovanın həyətindən 4 baş inək və 52 baş qoyun oğurlamaları da müəyyən edilmişdir.