Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
05.06.2012İyunun 6-da saat 17.30 radələrində Yevlax rayonunun Aran qəsəbəsi ərazisində, Bakı şəhər sakini Emin Hüseynov "VAZ-21015" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Yevlax rayon sakini Əyyub Cabbarovun idarə etdiyi "QAZ-66" markalı avtomaşına vurmuşdur. Nəticədə E.Hüseynovun sərnişinlərindən Natiq Mustafayev və 35-40 yaşlı kişi hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişini Tərlan Hümbətov isə xəstəxanaya yerləşdirilmiş, vəziyətləri orta-ağırdır.