Ov tüfəngindən atəş açaraq bir nəfəri qətlə yetirmiş və digərini yaralamış Bakı şəhər sakini T.Əsədullazadə tutulmuşdur
04.06.2012İyunun 5-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisindəki "Badikubə" MMC-yə gəlmiş Bakı şəhər sakini Türkel Əsədullazadə ov tüfəngindən atəş açaraq orada ekspeditor işləyən Samid Məmmədovu qətlə yetirmiş, oranın direktoru Ədalət Qəmbərova isə xəsarət yetirmişdir. T.Əsədullazadə Suraxanı RPİ 33-cü PB əməkdaşları tərəfindən tutulmuş, hadisə zamanı istifadə etdiyi 1 ədəd "TOZ" markalı tüfəng ondan götürülmüşdür.