Gəncə şəhərində yol-nəqliyyat hadisələri
01.06.2012İyunun 2-də saat 12.30 radələrində Gəncə şəhərində Bərdə rayon sakini Münasib Abdullayevin idarə etdiyi "VAZ-21011", Bakı şəhər sakini Arif Abbasovun idarə etdiyi "Range Rover", Gəncə şəhər sakini Eşqin Babayevin idarə etdiyi "VAZ-2104" və Samux rayon sakini Bəhruz Məmmədovun idarə etdiyi "İzusu" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə M.Abdullayevin sərnişinlərindən Elçin Abidov hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişini Rasim Əliyev, habelə E.Babayev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.