Qaçırdığı avtomaşınla yol-nəqliyyat hadisəsi törətmiş Bakı şəhər sakin Amil Ramazanov tutulmuşdur
28.05.2012Mayın 27-də saat 03.00 radələrində Bakının Nizami rayonu ərazisində, şəhər sakini Nazim Hüseynova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır. Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşının Bakı şəhər sakin Amil Ramazanov tərəfindən qaçırılması və idarə edilərkən yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilmiş, o, tutulmuşdur.