Salyan rayon Xalac kənd sakini İlham Dadaşovun həyətyanı sahəsindən narkotik bitkilər aşkar edilərək götürülmüşdür
17.05.2012Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xalac kənd sakini İlham Dadaşovun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 54 kiloqram olan 2493 ədəd xaş-xaş kolu və 400 qram xaş-xaş qozası aşkar edilərək götürülmüşdür.