Göyçay rayonunun Qızılağac kəndi ərazisində yol-nəqliyyat hadisəsi
13.05.2012Mayın 14-də saat 23.00 radələrində Göyçay rayonunun Qızılağac kəndi ərazisində rayon sakini Vüsal Gülverdiyevin idarə etdiyi "VAZ-2101", Abşeron rayon sakini Ruslan Sultanovun idarə etdiyi "Ford" və Göyçay şəhər sakini Fəqan Abdullayevin idarə etdiyi "BMW" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış V.Gülverdiyev və onun arvadı Aygül xəstəxanaya yerləşdirilmişlər. Vüsal orada ölmüş, Aygülün vəziyyəti isə qənaətbəxşdir.