Bakı şəhər sakini İlqar Rzayevdən narkotik vasitə götürülmüşdür
11.05.2012Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini İlqar Rzayevdən 0,425 qram heroin götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davam etdirən əməliyyat qrupu hal şahidlərinin iştirakı ilə onun Binəqədi qəsəbəsində kirayədə yaşadığı evə baxış keçirmişlər. Nəticədə evdən əlavə olaraq 0,528 qram heroin aşkar edilərək götürülmüşdür. Faktla bağlı cinayət işi qaldırılmış, istintaq aparılır. Məhkəmənin qərarı ilə İ.Rzayev barəsində həbs qətimkan tədbiri seçilmiş və o, saxlanılmışdır.