Oğurluq etdiklərinə görə tutulmuş Emil Dadaşovun və Davud Səmədovun digər cinayət əməlləri müəyyən edilmişdir
28.04.2012Aprelin 22-də oğurluq etdiklərinə görə tutulmuş Emil Dadaşovun və Davud Səmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Zirəddin Ələşova məxsus "VAZ-2106", Mustafa Aslanova məxsus "VAZ-21063", Kərim Kərimova məxsus "VAZ-21074", Rasim Əliyevə məxsus "VAZ-2106", Qoşqar İbişova məxsus "VAZ-2106" markalı avtomaşınları qaçırmaları və bundan əlavə 13 ədəd müxtəlif markalı avtomobillərdən oğurluq etmələri də müəyyən edilmişdir.