Xızı rayon sakini Valentin Stavsev saxta əskinasları satarkən yaxalanmışdır
24.04.2012Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisində kirayədə yaşayan Xızı rayon sakini Valentin Stavsev 80.000 manat saxta 100 manatlıq əsginazları 36.000 dollara satarkən yaxalanmışdır. V.Stavsevin yaşadığı mənzilə baxış zamanı əlavə 51.400 manat saxta 100 manatlıq əsginaz aşkar edilərək götürülmüşdür.