Bakı şəhər sakini Rəşad Rəhmanovu qətlə yetirmiş Lənkəran rayon sakini Turanə Məmmədova tutulmuşdur
21.04.2012Aprelin 22-də Nərimanov rayonu ərazisində kirayədə yaşayan Bakı şəhər sakini Rəşad Rəhmanov qarın nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin R.Rəhmanovla qeyri-rəsmi nikah münasibətində olan Lənkəran rayon sakini Turanə Məmmədova tərəfindən törədilməsi müəyyən edilmiş və o, tutulmuşdur.