Müşfiqabad qəsəbəsi ərazisində avtomaşın yanmışdır
21.04.2012Aprelin 22-də saat 06.00 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisindəki 2 saylı Yataqxananın qarşısında "VAZ-2109" markalı avtomaşının yanar konstruksiyaları bütövlükdə yanmışdır. Yanğın söndürülüdükdən sonra avtomaşının salonunda qəsəbə sakini Bəxtiyar Mehdiyevin yanmış meyiti aşkar edilmişdir.