DİO əməkdaşları tərəfindən odlu silah və vasitələri aşkar edilərək götürülmüşdür
15.04.2012Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşayanlar Muraz Rəhimov və Samir Rzayev şübhəli şəxs qismində polisə gətirilmişlər. M.Rəhimovdan 1 ədəd qumbara alışdırıcısı, S.Rzayevdən isə 1 ədəd qumbara aşkar edilərək götürülmüşdür. M.Rəhimovun Gəncə şəhərindəki evinə baxış zamanı, oradan atası Saray Rəhimova məxsus 2 ədəd qumbara, 1 ədəd alışdırıcı, 100 qram barıt, 1 ədəd mərmi, 603 ədəd müxtəlif çaplı patron, 1 ədəd xəncər, 1 ədəd ov bıçağı, 1 ədəd "TOZ-8" tüfəngi, 1 ədəd ov tüfəngi, 1 ədəd tir tüfəngi, 2 ədəd patron darağı, 1 ədəd kaska, 1 ədəd maska və zəhərli maye aşkar edilərək götürülmüşdür.