70 metr uzunluğunda boruları oğurlamağa cəhd göstərmiş Goranboy rayon sakini Arif Cəlilov saxlanılmışdır
13.04.2012Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 30-da Atbulaq kəndi ərazisindən keçən Səngəçal Su Kəmərləri İdarəsinə məxsus 70 metr uzunluğunda boruları oğurlamağa cəhd göstərmiş Goranboy rayon sakini Arif Cəlilov saxlanılmışdır.