Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi
06.04.2012Aprelin 7-də saat 00.05 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakinləri Musa Haşımlının idərə etdiyi "Toyota Prado", Süleyman Mustafayevin idərə etdiyi "VAZ-2106", Sadıx Yusifovun idərə etdiyi "Opel" və Allahverdi Xudiyevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə S.Mutafayevin sərnişinlərindən - arvadı Amalya aldığı xəsarətdən hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişini - gəlini Gültəkinə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.