Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
04.04.2012Aprelin 5-də saat 00.15 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Əhmədovun idarə etdiyi "Mersedes" markalı avtomaşınla, "VAZ-21011" markalı avtomaşın toqquşmuşlar. Nəticədə "Jiquli"nin sürücüsü hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri Ceyhun Umarov və 20-25 yaşlı kişi, habelə R.Əhmədov xəstəxanaya yerləşdirilmişlər, C.Umarovun və 20-25 yaşlı kişinin vəziyyətləri ağır, R.Əhmədova isə tibbi yardım göstərildikdən sonra buraxılmışdır.