Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
03.04.2012Aprelin 4-də saat 21.00 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Zahid Əbdülrəhmanovun idarə etdiyi "Hyundai" və Səraslan Dadaşovun idarə etdiyi "Mersedes" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış S.Dadaşov və sərnişini Azad Sucayev xəstəxanaya yerləşdirilmişlər. S.Dadaşov orada ölmüş, A.Sucayevə isə tibbi yardım göstərildikdən sonra buraxılmışdır.