Bakı şəhər sakini Pərvanə Qocayevaya məxsus qaçırılmış avtomaşın tapılmışdır
25.03.2012Martın 26-da saat 18.15 radələrində Nərimanov rayonu ərazisindəki avtoyuma məntəqələrinin birində Bakı şəhər sakini Pərvanə Qocayevaya məxsus "Lexus" markalı avtomaşın qaçırılmışdır. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşının orada işləyən Nicat Orucov tərəfindən qaçırılması və idarə edilərkən maneəyə vurulması müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirləri aparılır.