Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etmiş Sabunçu qəsəbə sakini Əziz İdrisov tutulmuşdur

23.03.2012

Martın 23-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində qəsəbə sakini Tofiq Səfərovun idarə etdiyi "Fiat" markalı avtomaşına sərnişin qismində oturmuş naməlum şəxs Sabunçu qəsəbəsinə gedəсəyini bildirmişdir. Sabunçu qəsəbəsi ərazisində, həmin şəxs T.Səfərovu bıçaqla hədələyərək pul verməsini tələb edərkən, Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur. Onun Sabunçu qəsəbə sakini Əziz İdrisov olması müəyyən edilmişdir. Ətrafında aparılmış əməliyyat tədbirləri nətiсəsində onun mart ayının 22-də Bakıxanov qəsəbə sakini İsmət Novruzovun idarə etdiyi "TX-4 London" markalı avtomaşına sərnişin qismində oturub bıçaqla onu hədələyərək  pul verməsini tələb etməsi, istədiyinə nail olmadıqda ona bıçaqla xəsarət yetirməsi, habelə, 1 saat 30 dəqiqədən sonra isə Bakı şəhər sakini Elnur Abbasovun idarə etdiyi "VAZ-21015" markalı avtomaşına sərnişin qismində oturub, bıçaqla onu hədələyərək 10 manat pulunu alması da müəyyən edilmişdir.

23.03.2012 tarixinə olan kriminal məlumatlar