Ağcabədi şəhəri ərazisində S.Süleymanov avtomaşını idarə edərkən onu ağaca vurmuşdur
21.03.2012Martın 20-də saat 23.00 radələrində Ağcabədi şəhəri ərazisində şəhər sakini Sadiq Süleymanov "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş sərnişin Əli İsmayılov martın 21-də orada ölmüşdür.