DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
11.10.2006Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 1-ci Zabrat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sabir Məmmədovdan 1 kiloqram 710 qram qurudulmuş marixuana, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə prospektində yaşayan, əvvəllər məhkum olunmuş Fazil Feyzullayevdən 0,259 qram heroin, Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini Zülfüqar Cəfərovdan 0,6 qram heroin götürülmüşdür.