Şəmkir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
03.03.2012Martın 3-də saat 21.15 radələrində Şəmkir şəhəri ərazisində şəhər sakinləri Etibar Nuruzadənin idarə etdiyi "Rang Rover" və Şahmar Nəzərlinin idarə etdiyi "VAZ-210154" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış "Lada"nın sürücüsü xəstəxanaya aparılarkən yolda ölmüşdür.