Avtomaşın qaçırmış Ucar rayon sakini Zaur Əliyev saxlanılmışdır
26.02.2012Fevralın 26-da Ucar rayonunun Bağman kəndi ərazisindən Bərgüşad kənd sakini Məcid Hümbətova məxsus "VAZ-2107" markalı avtomaşın qaçırılmışdır. Ucar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış rayon sakini Zaur Əliyev avtomaşınla birgə saxlanılmışdır.