Qax rayonunun Alatəmir kəndi ərazisində yol-nəqliyyat hadisəsi
26.02.2012Fevralın 26-da saat 11.00 radələrində Qax rayonunun Alatəmir kəndi ərazisində Çinarlı kənd sakini Elşən Ramazanov "Mercedes-208" markalı mikroavtobusu idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə xəsarət almış sürücü və sərnişinləri Zeynəb Birqanova, Hökümüran Rəşidov, Babək Məmmədov, Nəzir Şabanov, İlham Rəşidov, Rövşən Piradov və Nərgiz Bayramova xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.