Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Ağdaş rayon sakini Samir Hacıyev ölmüşdür
25.02.2012Fevralın 23-də saat 21.20 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində qəsəbə sakini Elbrus Rəhimov "VAZ-2102" markalı avtomaşını sərxoş halda idarə edərkən rayon sakini Samir Hacıyevi vurmuş və sonradan idarəetməni itirərək avtomaşını aşırmışdır. Nəticədə xəsarət almış sürücü və piyada xəstəxanaya yerləşdirilmişlər. S.Hacıeyv fevralın 25-də orada ölmüş, E.Rəhimovun vəziyyəti isə orta-ağırdır.