Qısqanclıq zəminində arvadını qətlə yetirib hadisə yerindən qaçmış Cəlilabad rayon sakini A.Mirzəyev tutulmuşdur
23.02.2012Fevralın 24-də Cəlilabad rayonunun Uzuntəpə kəndində kənd sakini Zenfira Heydərovanın evində, qohumu Asim Mirzəyev qısqanclıq zəminində ov tüfəngindən atəş açaraq arvadı Südabəni qətlə yetirib hadisə yerindən qaçmışdır. Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Mirzəyev tutulmuş və ondan hadisə zamanı istifadə etdiyi ov tüfəngi və 6 ədəd patron götürülmüşdür.