Avtomaşın qaçırmış Lənkəran rayon Ərçivan kənd sakini Ramil Rzayev saxlanılmışdır
22.02.2012Fevralın 22-də saat 22.00 radələrində Astara rayonunun Astara Gömrük məntəqəsinin qarşısındakı avtodayanacaqdan Artupa kənd sakini Anar İsmayılova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır. Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Ərçivan kənd sakini Ramil Rzayev Pensər kəndi ərazisində avtomaşınla birgə saxlanılmışdır.