Sumqayıt şəhər sakini Zöhrab Quliyevdən odlu silah və vasitələri götürülmüşdür
17.02.2012Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Zöhrab Quliyevdən 1 ədəd "Naqan" tipli tapança və 7 ədəd avtomat patronu götürülmüşdür. Onun mənzilinə baxış zamanı oradan əlavə olaraq 1 ədəd "RQD" markalı qumbara və 10 ədəd avtomat patronu aşkar edilərək götürülmüşdür.