9 nəfər dəm qazı və dərmandan zəhərlənmələr ilə xəstəxanaya gətirilmişlər
15.02.2012Fevralın 15-də Sumqayıt şəhər sakinləri Vüsal Tağıyev, Türkanə Həsənova, Sunay Əliyeva, Simnarə Mürsəlova, Abşeron rayon sakini Elşən Tağıyev, Şirvan şəhərindəki 152 №-li Peşə Məktəbində yaşayan Ağdam rayon sakinləri Sevinc Məmmədova, qızları Ülkər və Həcər və Gəncə şəhər sakini Türkan Əliyeva öz evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.