Abşeron rayon sakini S.Talıbovun idarə etdiyi avtomaşından dəyənək, qandal, saxta polis vəsiqəsinin surəti və digər sənədlər götürülmüşdür
11.02.2012Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinnin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakini Seymur Talıbovun idarə etdiyi "Toyota-Prado" markalı avtomaşına baxış zamanı 2 ədəd dəyənək, 1 ədəd qandal, 4 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Seymur Talıbova məxsus saxta polis vəsiqəsinin surəti, tabel silahını götürmək üçün əvəzedici kart, 2 ədəd dövlət qeydiyyat nömrə nişanları aşkar edilərək götürülmüşdür.