Keyfiyyətsiz 100 ton dəmir zolaqlar aşkar edilərək dövriyyədən çıxarılmışdır
07.02.2012Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ziyafətxanım Şahbazovaya məxsus "Demka Metal" MMC-nin dəmir istehsalı sexində standartın tələblərinə cavab verməyən satış məqsədilə istehsal edilmiş, ekspertiza rəyinə görə keyfiyyətsiz 100 ton dəmir zolaqlar aşkar edilərək dövriyyədən çıxarılmışdır.