Quldurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Kamran Yusifov və Elçin Quliyev tutulmuşlar
03.02.2012Fevralın 1-də saat 17.00 radələrində Gəncə şəhəri ərazisində 4 naməlum şəxs şəhər sakini Tofiq Məmmədovu bıçaqla hədələyərək 65 manat pulunu almışdır. Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Kamran Yusifov və Elçin Quliyev tutulmuş, digər 2 nəfər iştirakçının isə tutulması üçün tədbirlər davam etdirilir.
Fevralın 1-də saat 17.00 radələrində Gəncə şəhəri ərazisində 4 naməlum şəxs şəhər sakini Tofiq Məmmədovu bıçaqla hədələyərək 65 manat pulunu almışdır. Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Kamran Yusifov və Elçin Quliyev tutulmuş, digər 2 nəfər iştirakçının isə tutulması üçün tədbirlər davam etdirilir.