Cəlilabad rayonunun Günəşli kənd sakini Araz Baxşıyev ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açılmış atəşdən aldığı xəsarətdən ölmüşdür
02.02.2012Fevralın 2-də saat 16.00 radələrində Cəlilabad rayonunun Günəşli kənd sakini Araz Baxşıyev kəndin ərazisindəki istifadə edilməyən köhnə şərab zavodunun hasarından aşarkən ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açılmış atəşdən aldığı xəsarətdən ölmüşdür. Hadisə yerindən 1 ədəd “TOZ-16” markalı tüfəng götürülmüşdür. İlkin məlumatlara əsasən A.Baxşıyev ovdan qayıdarkən yolu qısa olsun deyə zavodun hasarından aşmaq istəmişdir.
Fevralın 2-də saat 16.00 radələrində Cəlilabad rayonunun Günəşli kənd sakini Araz Baxşıyev kəndin ərazisindəki istifadə edilməyən köhnə şərab zavodunun hasarından aşarkən ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açılmış atəşdən aldığı xəsarətdən ölmüşdür. Hadisə yerindən 1 ədəd “TOZ-16” markalı tüfəng götürülmüşdür. İlkin məlumatlara əsasən A.Baxşıyev ovdan qayıdarkən yolu qısa olsun deyə zavodun hasarından aşmaq istəmişdir.