Gəncə şəhəri ərazisindəki Mərkəzi bazarda yanğın baş vermişdir
01.02.2012Fevralın 1-də saat 05.50 radələrində Gəncə şəhəri ərazisindəki Mərkəzi bazarda yanğın baş vermişdir. Nəticədə bazarın yanar konstruksiyaları və oradakı mağazalarda olan geyim əşyaları və ərzaq məhsulları yanmış, Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən əməkdaşı Rauf Məmmədzadə tüstüdən zəhərlənmə ilə xəstəxanaya aparılmış, ona tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Yanğın saat 07.55 radələrində söndürülmüşdür.
Fevralın 1-də saat 05.50 radələrində Gəncə şəhəri ərazisindəki Mərkəzi bazarda yanğın baş vermişdir. Nəticədə bazarın yanar konstruksiyaları və oradakı mağazalarda olan geyim əşyaları və ərzaq məhsulları yanmış, Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən əməkdaşı Rauf Məmmədzadə tüstüdən zəhərlənmə ilə xəstəxanaya aparılmış, ona tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Yanğın saat 07.55 radələrində söndürülmüşdür.