Sabunçu rayonu ərazisindəki internet klubların birində qumarxana müəyyən edilmişdir
31.01.2012Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə Sabunçu rayonu ərazisindəki internet klubların birində Abşeron rayonunun Qobu qəsəbə sakini Naib Hüseynovun “on-line” sistemi ilə qumarxana təşkil etməsi və saxlaması müəyyən edilmişdir. Baxış zamanı internet klubda qumarda əldə edilmiş 297 manat pul, 14 ədəd kopüter dəsti və 1 ədəd server-prosessor aşkar edilərək götürülmüşdür. Faktla bağlı araşdırmalar aparılır.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə Sabunçu rayonu ərazisindəki internet klubların birində Abşeron rayonunun Qobu qəsəbə sakini Naib Hüseynovun “on-line” sistemi ilə qumarxana təşkil etməsi və saxlaması müəyyən edilmişdir. Baxış zamanı internet klubda qumarda əldə edilmiş 297 manat pul, 14 ədəd kopüter dəsti və 1 ədəd server-prosessor aşkar edilərək götürülmüşdür. Faktla bağlı araşdırmalar aparılır.