Novruzbəy Ağayevi qətlə yetirməkdə şübhəli bilinən Qusar rayon Gədəzeyxur kənd sakini Kamil Vəlimətov tutulmuşdur
24.01.2012Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Novruzbəy Ağayevi qarət məqsədi ilə qətlə yetirmiş Gədəzeyxur kənd sakini Kamil Vəlimətov tutulmuşdur.
Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Novruzbəy Ağayevi qarət məqsədi ilə qətlə yetirmiş Gədəzeyxur kənd sakini Kamil Vəlimətov tutulmuşdur. K.Vəlimətov izahatında hadisəni törədərkən, həmin evdə müvəqqəti yaşayan İradə İsrafilovaya da bıçaq və lezviya ilə xəsarət yetirməsini, iplə boğmasını və ölməsini zənn edərək, hadisə yerindən getməsini bildirmişdir. İ.İsrafilova verilmiş izahatı təsdiqləmişdir.