Yasamal rayonunun 2-ci Alatava yaşayış sahəsində keçən qaz xəttində təbii qazın sızması nəticəsində partlayış baş vermişdir
21.01.2012Yanvarın 21-də saat 14.30 radələrində Yasamal rayonunun 2-ci Alatava yaşayış sahəsində yaşayan Ələmdar Əliyevə məxsus evin altından keçən qaz xəttində təbii qazın sızması nəticəsində partlayış baş vermişdir. Nəticədə evin tavanında, divarlarında çatlar əmələ gəlmiş, qapı və pəncərə çərçivələri dağılmış, orada usta işləyənlər Bakı şəhər sakini Saydın Rəhimov və Lənkaran rayon sakini Rafiq Şükürov isə xəsarət almışlar.