Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Kəpəz rayonu ərazisində Gəncə şəhər sakini A.Həsənovu bıçaqla hədələyərək avtomaşınını qaçırmış şəxs müəyyən edilmişdir

19.01.2012

Yanvarın 19-da Kəpəz rayonu ərazisində naməlum şəxs Gəncə şəhər sakini Akif Həsənovun idarə etdiyi "VAZ-2105" markalı avtomaşına sərnişin qismində oturub Göygöl rayonunun Dozlar kəndinə gedəcəyini bildirmişdir. Həmin şəxs Dozlar kəndinə getdikdən sonra yenidən Gəncə şəhərinə qayıtmış, şəhərin ərazisində A.Həsənovu bıçaqla hədələyərək 14 manat pulunu, 1 ədəd mobil telefonunu, şəxsi sənədlərini alıb, avtomaşından düşürmüş və avtomaşını qaçırmışdır. Avtomaşın həmin gün şəhər ərazisində tapılmışdır. Kəpəz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakini Rauf Quliyev tərəfindən törədilməsi müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirləri Kəpəz RPİ tərəfindən aparılır.