Yasamal rayonu ərazisindəki bazara bomba qoyulması barədə məlumat vermiş şəxsin tapılması istiqamətində tədbirlər görülür
17.01.2012Yanvarın 17-də saat 10.48-də özünü Elxan Həsənov kimi təqdim etmiş şəxs mobil telefonla "102 Zəng Xidməti"nə zəng edərək, telefonuna gizli nömrədən zəng etmiş Humay adlı şəxsin Yasamal rayonu ərazisindəki bazara bomba qoyulmasını ona deməsi barədə məlumat vermişdir. Məlumat təsdiqini tapmamış, E.Həsənovun tapılması istiqamətində tədbirlər görülür.