50000 dollar dəyərində qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Səbinə Orucova tutulmuşdur
13.01.2012Yanvarın 13-də Yasamal rayonu ərazisində yaşayan Türkiyə vətəndaşı Lokman Güvənin yaşadığı mənzildən açar seçmək yolu ilə oradakı seyfdən 50000 dollar dəyərində qızıl əşyaları oğurlanmışdır. Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun evdə xadimə işləyən Səbinə Orucova tərəfindən törədilməsi müəyyən edilmiş və o, tutulmuşdur.