50 metr uzunluğunda kabel oğurlamış Ucar rayon sakini Sənan Hümbətov tutulmuşdur
13.01.2012Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da Qaradağ rayon Telefon Qovşağına məxsus internet xidməti kabelinin 50 metrlik hissəsini kəsərək oğurlamış Ucar rayon sakini Sənan Hümbətov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2011-ci il dekabrın 3-də Elçin Qurbanlıya məxsus anbardan 30 metr uzunluğunda elektrik naqilini oğurlaması da müəyyən edilmişdir.