Mağazadan oğurluq etmiş Bakı şəhər sakini Tural Həsənov tutulmuşdur
13.01.2012Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Qəhraman Əliyevə məxsus mağazadan oğurluq etmiş Bakı şəhər sakini Tural Həsənov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2011-ci il noyabrın 19-da Veys Abdullayevin evindən 100 manat pul və qızıl əşyalarını oğurlaması da müəyyən edilmişdir.