Lənkəran şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
10.01.2012Yanvarın 10-da saat 18.00 radələrində Lənkəran şəhəri ərazisində şəhər sakinləri Əziz Muradovun idarə etdiyi "Mercedes" və Yalçın Muradovun idarə etdiyi "VAZ-21154" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış hər 2 sürücü və hadisə yerinin yaxınlığında olan şəhər sakini İslam İbadi xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.