Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Dələduzluq etdiklərinə görə tutulmuş qrupun üzvlərinindigər cinayət əməlləri də müəyyən edilmişdir

08.01.2012

Dələduzluq etdiklərinə görə  yanvarın 5-də Baş Cinayət-Axtarış İdarəsi və Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən tutulmuş Elnur Qəribovun, Azad Məhərrəmovun, Fərhad Əliyevin və Mehman Nəsirovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Fəxriyyə Hüseynliyə, Tofiq Xalıqova qarşı zor tətbiq edərək müvafiq olaraq onlardan 5200 və 600 manat pul almaları, eləcə də, Sevda Hüseynlinin, Məfturə Heydərovanın, Sima Kərimovanın, Nina Stepanovanın, Səlimə Şuqayevanın evlərindən pul və qızıl əşyaları oğurlamaları habelə, Kəmalə Taştuyevanın, Gülnarə Ömərovanın, Zülfiyyə Hümbətovanın, Qubad Abbasovun, Rahim Məmmədovun, Gülşad Nəzərlinin, Urşan Quliyevin, Nəsiman Qafarovun , Nailə Bilalovanın, Lalə Əsədovanın, Gülnar Nəsibovanın, Fatimə Məmmədovanın, Sevil Cəbizadənin, Kamil Aşum oğlunun, Xəzəngül Mahmudovanın, Pakizə Qasımovanın və Salyan şəhərinin ərazisində Minəxanım Məcidovanın, 2011-ci ilin oktyabr və dekabr ayları ərzində şəhər sakinləri Ənvər Səfərovun və Asimə Ağalarovanın etimadlarını qazanaraq onlardan pul və qızıl əşyaları almaları da müəyyən edilmişdir.