Sabunçu rayonunun 1-ci Zabrat qəsəbəsi ərazisində bıçaqlanma hadisəsi baş vermişdir
06.01.2012Yanvarın 6-da Sabunçu rayonunun 1-ci Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini Rabil Musayev münaqişə zəminində Rəfayel Fərəcova, onun qardaşı Kamilə bıçaqla xəsarət yetirmiş və bu zaman özü də xəsarət almışdır. Rəfayel aldığı xəsarətdən hadisə yerində ölmüş, Kamil və Rabil isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.